"Qəbələ" Avropa Liqasına heç-heçə ilə başlayıb
"Qəbələ" komandası futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
BAKU.WS "Report”a istinadən xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Polşa təmsilçisi "Yagelloniya”nı qəbul edib.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşdə hesabı qonaqlar açıb. Qarşılaşmanın 15-ci dəqiqəsində polşalıların kapitanı Taras Romançuk fərqlənib. Lakin fasilədən dərhal sonra "Qəbələ" Stiv Jozef-Monrozun dəqiq zərbəsi ilə oyunda tarazılıq yaradıb.
Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu iyulun 20-də Polşanın Belostok şəhərində keçiriləcək.
Avropa Liqası, II təsnifat mərhələsi
"Qəbələ” (Azərbaycan) – "Yagelloniya” (Polşa) - 1:1
Qollar: Stiven Jozef-Monroz, 47 - Taras Romançuk, 15
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim
Dördüncü hakim: Qvido Uinkmann (hakimlər briqadası Almaniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Bakı. "Bakcell Arena”
BAKU.WS
Oxşar xəbərlər
"İnter" Lüksemburqun "Fola Eş" komandasını məğlub edib
Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxıb. Rəqib Lüksemburqun "Fola Eş" komandası olub. "Dalğa Arena"da keçirilmiş q...