“Qəbələ”dən inanılmaz QƏLƏBƏ: 7-0
"Qəbələ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən "qırmızı-qaralar” bu gün növbəti yoxlama matçına çıxıb.
Roman Qriqorçukun yetirmələrinin öncədən Albaniyanın "Kukesi" klubu ilə qarşılaşması planlaşdırılırdı. Lakin sonradan rəqibini dəyişən "Qəbələ” Avstriyanın "Qrodiq” komandası ilə görüşüb.
Matç "qırmızı-qaralar"ın 7:0 hesablı darmadağını ilə yekunlaşıb.
Bu, "Qəbələ”nin ikinci toplanışda ilk, ümumilikdə isə Avstriyada 6-cı oyunu olub. Təmsilçimiz buna qədər "Fulpmes” (Avstriya) üzərində 8:0 hesablı qələbə qazanıbsa, "Axmat” (Rusiya – 0:1), "Vakker” (Avstriya – 0:1), MOİK (Bolqarıstan - 0:2) və "Ludoqorets”ə (Bolqarıstan - 0:2) məğlub olub.
Yoxlama görüşü
30 iyun
"Qəbələ” – "Qrodiq” (Avstriya) - 7:0
Qollar: Stiven Monroz, 24; Ürfan Abbasov, 37; Asif Məmmədov, 47,56; Xavi Hernandes 48; Araz Abdullayev, 58(p); Fərid Nəbiyev, 75
"Qəbələ”: 22. Dmitri Bezotosnıy, 3. Voyislay Stankoviç, 5. Rasim Ramaldanov, 7. Araz Abdullayev, 9. Stiven Monroz, 14. Cavid Hüseynov, 15. Vitaliy Vernidub, 17. Dion Malone, 19. Filip Ozobiç, 32. Endi Halidey, 34. Ürfan Abbasov
BAKU.WS
Oxşar xəbərlər
"Neftçi" "Qəbələ"ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulub. "Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilmiş turun...