"Qarabağ" "Zirə"ni darmadağın etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
BAKU.WS-in məlumatına görə, turun açılış matçında "Zirə" "Qarabağ"ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 4-cü dəqiqədə açılıb. Bədavi Hüseynov fərqlənib. 11-ci dəqiqədə Xayme Romero, 3 dəqiqə sonra isə Mahir Emreli fərqi artırıb. 28-ci dəqiqədə Ailton Silva meydan sahiblərini yenidən məyus edib. 61-ci dəqiqədə Abdullah Zubir görüşdə beşinci qolun müəllifi olub. 85-ci dəqiqədə Maqaye Qeye darmadağında pay sahibi olub.
Bu nəticədən sonra xallarının sayını 38-ə yüksəldən "Qarabağ" liderliyini möhkəmləndirib. 20 xalı olan "Zirə" 5-ci yerdədir.
Beləliklə, Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümünün ən böyük hesablı qələbəsi qeydə alınıb. Daha öncə 3-cü turda "Qarabağ" səfərdə "Səbail"i, "Keşlə" isə "Qəbələ"ni 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, günün digər matçında "Sumqayıt" "Sabah"ı qəbul edəcək. Tura sabah keçiriləcək "Səbail" - "Qəbələ" və "Neftçi" - "Keşlə" oyunları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib. BAKU.WS xəbər verir ki, 1/4 final mərhələsinin son cavab matçında "Keşlə" "Qarabağ"ı qəbul...