"Qarabağ" "Keşlə"ni böyük hesabla məğlub edib
03
dek
2018
22:04
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb."Qarabağ"ın 3 qolunu Mahir Mədətov vurub. 21 yaşlı hücumçu oyunun 6, 53 və 78-ci dəqiqələrdə fərqlənməklə het-trik edib. Komandanın digər qollarını isə 50-ci dəqiqədə Filip Ozobiç və 55-ci dəqiqədə Abdullah Zubir vurub. "Keşlə"nin yeganə qoluna isə 21-ci dəqiqədə Slavik Alxasov imza atıb.Turnir cədvəlində ikinci pillədə qərarlaşan son ölkə çempionu bu qələbədən sonra xallarının sayını 27-ə çatdırıb. "Keşlə" isə 9 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.Qeyd edək ki, günün digər matçında "Qəbələ" evdə "Zirə" ilə heç-heçə edib - 0:0. Dekabrın 1-də keçirilmiş oyunlarda "Neftçi" səfərdə "Sabah"a 2:1, "Sumqayıt" isə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" "Keşlə" ilə heç-heçə edib
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış oyun keçirilib."Keşlə" doğma meydanda "Qarabağ"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə...