"Neftçi" Premyer Liqada ilk dövrəni vahid lider kimi başa vurub
05
okt
2018
22:52
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da debütant "Sabah"ı qəbul edib.Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Orxan Məmmədovun idarə etdiyi görüşdə hesabı 9-cu dəqiqədə Emin Mahmudov açıb. 62-ci dəqiqədə Qoran Paratski yekun nəticəni müəyyənləşdirib. 76-cı dəqiqədə isə Slavko Braliç ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.Bu qələbə sayəsində xallarını 19-a çatdıran "Neftçi" I dövrəni vahid lider kimi başa vurub. 10 xalı olan "Sabah" "Səbail" və "Sumqayıt"la birgə 3 -5-ci yerləri bölüşdürür.Turun əvvəlki oyunlarında "Zirə" "Qəbələ"ni 1:0, "Səbail" "Sumqayıt"ı 2:0 hesabı ilə yenib. "Keşlə" - "Qarabağ" matçı isə təxirə salınıb.BAKU.WS
Oxşar xəbərlər
"Zirə" Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.Turun ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib. “Dalğa Arena”da baş tutan qarşılaşma “Zirə”nin...