"Qarabağ" "Keşlə" ilə heç-heçə edib
31
okt
2018
22:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış oyun keçirilib."Keşlə" doğma meydanda "Qarabağ"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Matçda ilk qolu "Qarabağ"ın futbolçusu Miçel Madeyra vurub. İspaniyalı yarımmüdafiəçi 56-cı dəqiqədə hesabı açıb. Paytaxt klubunun heyətində isə Sertan Taşqın 79-cu dəqiqədə fərqlənməklə qarşılaşmada tarazlığı bərpa edib. Oyunun 89-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Samir Məsimov qırmızı vərəqə alaraq meydandan qovulub. Görüş "Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmədovun komandanın rəhbərliyi altında ilk oyunu olub. Qeyd edək ki, bu nəticədən sonra "Qarabağ" 17 xalla ikinci, "Keşlə" isə 6 xalla 7-ci pillədə qərarlaşıb.BAKU.WS
Oxşar xəbərlər
"Neftçi" Premyer Liqada ilk dövrəni vahid lider kimi başa vurub
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Neftçi" "Bakcell Arena"da debütant "Sab...