“Qarabağ” darmadağınla avrokuboklara vəsiqə qazanıb

“Qarabağ” darmadağınla avrokuboklara vəsiqə qazanıb
İdman 1052
Topaz Premyer Liqasında XXII tura yekun vurulub. BAKU.WS ona-ya istinadən xəbər verir ki, bu gün IV dövrənin ilk turunun son iki oyunu keçirilib.Avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan “Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qapılara qol vurulmayıb.Bu heç-heçədən sonra “Qəbələ” qızıl medal qazanmaq şansını rəsmən itirib. Əyalət təmsilçisi üçüncü pillədə qərarlaşan “Səbail”dən 4 xal geri düşüb.Tura Sumqayıtda yekun vurulub. Çempionatın autsayderi “Sumqayıt” son illərin çempionu “Qarabağ”ı qəbul edib.Səfər oyununda rəqibini 6:0 hesabı ilə darmadağın edən Ağdam klubu xal ehtiyatını 48-ə çatdıraraq liderə şərik olub. Bu, Qurban Qurbanovun yetirmələrinin ilk “üçlük”də yerini təmin etməyə yetib. Ağdam klubu bununla da həm Topaz Premyer Liqasının mükafatını, həm də avrokuboklara vəsiqəni rəsmiləşdirib. Həmçinin Mahir Mədətov da dublu sayəsində bombardirlik mübarizəsində "Neftçi"nin hücumçusu Baqali Daboya şərik olub.Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Keşlə”ni 1:0, “Səbail” “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.Topaz Premyer LiqasıXXII tur1 aprel (bazar ertəsi)“Qəbələ” – “Sabah” – 0:0Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail NağıyevHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Asif ƏliyevQəbələ şəhər stadionu, 14:00“Sumqayıt” – “Qarabağ” - 0:6Qollar: Dani Kintana, 17, Mahir Mədətov, 20, 40, Filip Ozobiç, 51, Abdulla Zubir, 78, 84Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal UmudluHakim-inspektor: Munis AbdullayevAFFA nümayəndəsi: Ramiz Mustafayev“Kapital Bank Arena”, 18:30
1Neftçi22146237-1548
2Qarabağ21136241-1845
3Səbail22104826-2234
4Qəbələ2279624-2330
5Sabah 22651116-3023
6Zirə22571019-3022
7Keşlə22541321-3319
8Sumqayıt 21451216-2917
Bombardir: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ") - 9 qol.BAKU.WS

Oxşar xəbərlər

Neftçi” xal itirib, “Qarabağ” liderə çatıb

Neftçi” xal itirib, “Qarabağ” liderə çatıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun son oyunu keçirilib."Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:...

723 İdman 21:23 15 mart 2019

Son xəbərlər