Neftçi” xal itirib, “Qarabağ” liderə çatıb
15
mar
2019
21:23
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun son oyunu keçirilib."Neftçi" "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. İlk hissədə "Neftçi"nin hücumları olsa da, hesabı açmaq mümkün olmayıb. İkinci hissəyə sürətli başlayan flaqman matçın 54-cü dəqiqəsində hesabda önə keçib. "Neftçi"nin müdafiəçisi Mamadu Mbodcun qüvvətli zərbəsindən sonra Amin Seydiyevə toxunan top istiqamətini dəyişib və qapıya daxil olub. Matçın 73-cü dəqiqəsində Stiven Monroz müdafiəçilərin diqqətindən yayınaraq topu qapıya göndərib və hesabı bərabərləşdirib.Bu heç-heçə sayəsində xallarının sayını 45-ə çatdıran "Neftçi" liderliyini davam etdirsə də, ikinci yerdəki "Qarabağ"la eyni xala malikdir. "Qəbələ" isə 29-cu xalını qazanıb və 4-cü pillədəki yerini möhkəmləndirib.Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Səbail"i 2:1, "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1. BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" "Səbail"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib. "Səbail" "Bayıl Arena"da "Qarabağ"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbə...