"Qarabağ" "Səbail"i məğlub edib
15
mar
2019
19:15
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib. "Səbail" "Bayıl Arena"da "Qarabağ"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Hesabı 34-cü dəqiqədə cərimə zərbəsi ilə "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana açıb. 42-ci dəqiqədə "Səbail"in hücumçusu Ağabala Ramazanov bərabərlik qolunu vurub. Oyunda son nöqtəni 77-ci dəqiqədə Riçard Almeyda qoyub. O, Elvin Yunuszadənin əlinə dəyən topa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.Görüşü AFFA-nın baş katibi Elxan Məmmədov və "Səbail" rəhbərliyi ilə yanaşı, klubla müqavilə imzalayacağı gözlənilən Maykl Essyen də izləyib."Qarabağ"la vida matçının iştirak ərizəsində yer alan albaniyalı müdafiəçi Ansi Aqolli isə sonadək ehtiyatda qalıb.Bu nəticədən sonra xallarını 45-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Səbail" isə 31 xalla 3-cü pillədə qalıb.Qeyd edək ki, tura 19:00-da başlayacaq "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulacaq. XXl turun ilk oyunlarında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. "Sabah" - "Sumqayıt" görüşündə qalib müəyyənləşməyib - 1:1.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" "Keşlə"ni böyük hesabla məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib....