Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
BAKU.WS xəbər verir ki, 1/4 final mərhələsinin son cavab matçında "Keşlə" "Qarabağ"ı qəbul edib. "ASCO Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 20-ci dəqiqədə açılıb. Mahir Emreli komandasını önə keçirib. 40-cı dəqiqədə isə Xayme Romero "Keşlə"ni yenidən mərkəzə dəvət edib. 67-ci dəqiqədə Xəzər Mahmudov fərqi azalda bilib. 90+2 dəqiqədə Toral Bayramlı fərqi daha da artırıb.
İlk görüşdə 1:0 hesablı qələbə qazanan "Qarabağ" yarımfinala yüksəlib. Son ölkə çempionu bu mərhələdə "Sumqayıt"la üz-üzə gələcək.
Digər yarımfinalda isə "Zirə" və "Qəbələ" komandaları qarşılaşacaqlar. Bu mərhələnin oyunları 22 - 29 aprel tarixində keçiriləcək.
Oxşar xəbərlər
"Qarabağ" "Keşlə"ni məğlub edib
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 final oyunlarına yekun vurulub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, son oyunda "Qarabağ" "Keşlə"ni qəbul edib....