Azərbaycan Kubokunun ilk yarımfinalçısı müəyyənləşib
19
dek
2018
18:30
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.BAKU.WS xəbər verir ki, "Zirə" komandası 1/4 finalda "Səbail"i mübarizədən kənarlaşdırıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan "Zirə" bu gün "Bayıl Arena"da keçirilmiş cavab oyununda da qalib gəlib - 3:2.Qarşılaşmada ilk qol 3-cü dəqiqəyə təsadüf edib. "Zirə"nin müdafiəçisi Adrian Skarlatake avtoqol müəllifi olub. Qəsəbə təmsilçisinin digər müdafiəçisi Adil Nağıyev 45+2 ci dəqiqədə tarazlığı bərpa edib. 63 -cü dəqiqədə isə Pərdis Fərcad-Azad "Zirə"ni önə keçirib. Bu qoldan 10 dəq sonra Adil Nağıyev özünün 2-ci, komandasının 3-cü qoluna imza atıb. 83-cü dəqiqədə "Səbail"in hücumçusu Ruslan Qurbanov fərqi azaltsa da, meydan sahiblərinin bundan artığına gücü çatmayıb."Zirə" yarımfinalda "Sumqayıt" - "Neftçi" cütünün qalibi ilə üz-üzə gələcək. "Kapital Bank Arena"dakı bu görüş saat 19:00-da başlanacaq. İlk matçda "Sumqayıt" səfərdə qələbə qazanıb - 2:0.Qeyd edək ki, 1/4 final mərhələsinə dekabrın 20-də keçiriləcək "Sabah" - "Qəbələ" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.(report)BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" "Keşlə"ni böyük hesabla məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib....