Azərbaycan Kubokunda sonuncu yarımfinalçı da müəyyənləşib

Azərbaycan Kubokunda sonuncu yarımfinalçı da müəyyənləşib
İdman 814
Futbol üzrə Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.BAKU.WS-in məlumatına görə, evdə keçirdiyi 1/4 final mərhələsinin ilk oyununda "Keşlə"yə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" komandası cavab qarşılaşmasında lazımı nəticəni təmin edib. "ASK Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. "Keşlə"nin forvardı Amil Yunanov 29-cu dəqiqədə baxımlı qola imza atıb. Qonaqlar fasilədən sonra - 50-ci dəqiqədə Miçel Madeyranın dəqiq zərbəsi ilə tarazılığı bərpa ediblər. Bu, oyunda vurulan son qol olub - 1:1. Matçın 90-cı dəqiqəsində "Qarabağ"ın mərkəz müdafiəçisi Yakub Jezniçak ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub.Beləliklə, "Qarabağ" yarımfinalda "Qəbələ", "Zirə" isə "Sumqayıt"la qarşılaşacaq.Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları gələn il aprelin 23-də, cavab matçları isə mayın 1-də olacaq.BAKU.WS

Oxşar xəbərlər

İkinci yarımfınalçı da bəlli oldu

İkinci yarımfınalçı da bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.Sumqayıtda şəhərin eyni adlı təmsilçisi "Neftçi"ni qəbul edib. "Kapital B...

1057 İdman 22:48 19 dekabr 2018

Son xəbərlər