“Qəbələ” klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb
18
apr
2018
22:23
“Qəbələ” klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.BAKU.WS “Report”un məlumatına görə, yarımfinal mərhələsinin ilk matçında evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”, səfərdə dönüş etməyi bacarıblar.“Bakcell Arena”da baş tutan qarşılaşmada hesabı “Neftçi” açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində "Qəbələ"nin bombardiri Baqali Dabo 20 və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb. Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.Beləliklə, finalda ukraynalı baş məşqçilərin – “Qəbələ”nin sükanı arxasında olan Roman Qriqorçukla Yuri Maksimovun rəhbərlik etdiyi komandalar üz-üzə gələcəklər.Final oyunu mayın 28-də keçiriləcək.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" Azərbaycan Kubokunda mübarizəni dayandırıb
Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1/4 final mərhələsini "Keşlə" və "Neftçi"dən baş...