"Beşiktaş" Çempionlar Liqasının 1/8 finalında

Beşiktaş Çempionlar Liqasının 1/8 finalında
İdman 2487
Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V-ci turun ilk 2 oyunu keçirilib.BAKU.WS-in məlumatına görə, "G" qrupunda "Vodafone Park" stadionunda Türkiyənin "Beşiktaş" klubu ilə Portuqaliyanın "Porto" klubu qarşılaşıblar.İlk hissənin 29-cu dəqiqəsində qonaqların müdafiəçisi Felipe hesabı açıb - 0:1. Bundan 12 dəqiqə sonra 41-ci dəqiqədə "Beşiktaş"ın yarımmüdafiəçisi Taliska hesabı bərabərləşdirib - 1:1. İkinci hissədə qapılara qol vurulmayıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.Beləliklə, Türkiyənin "Beşiktaş" klubu Çempionlar Liqasının qrup mərhələsində qrupdakı liderliyini təmin edib və 1/8 finala vəsiqə qazanıb.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Mübariz Mənsimovdan Çempionlar liqasında "Beşiktaş"a dəstək

Mübariz Mənsimovdan Çempionlar liqasında "Beşiktaş"a dəstək

Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yeni foto paylaşıb. BAKU.WS-in məlumatına görə, azərbaycanlı milyarder "Beşiktaş" klubunun prezidenti Fik...

2782 İdman 11:17 02 noyabr 2017

Son xəbərlər