"Fənərbaxça" - "Beşiktaş" matçında 3 qol, 5 qırmızı kart (VİDEO)

Fənərbaxça - Beşiktaş  matçında 3 qol, 5 qırmızı kart (VİDEO)
Video
İdman 4792
"Fənərbaxça" Super Liqanın 6-cı həftəsində "Beşiktaş" klubu ilə evində qarşılaşıb. BAKU.WS-in məlumatına görə, Ülker Stadionunda baş tutan qarşılaşmada ilk hesabı elə ev sahibi komanda açıb. Hakim 20-ci dəqiqədə "Fənərbaxça" lehinə penalti qərarı verib. Giuliano topu qapıya göndərib və klubunu hesabda 1-0 önə keçirib. "Fənərbaxça" ikinci qolunu da penaltidən vurub. Yansenin 86-cı dəqiqədə penaltidən vurduğu qol hesabı 2-0 çatdırıb. Beşiktaş 1 dəqiqə sonra Ryan Babellə cavab qolunu vurub. Oyun "Fənərbaxça"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hakim futbolçulara 5 qırmızı, 9 sarı kart göstərib. "Fənərbaxça" bu qələbə ilə xalını 11-ə yüksəltdi və çempionluq yarışına yenidən qoşuldu. "Beşiktaş" isə 13 xallda qaldı. BAKU.WS

Son xəbərlər