Neymar şou göstərdi, PSJ rəqibə qol yağdırdı (VİDEO)

Neymar şou göstərdi, PSJ rəqibə qol yağdırdı (VİDEO)
Video
İdman 6809
Dünya ulduz Neymar PSJ macərası şou ilə başlayıb. BAKU.WS-in məlumatına görə, PSJ "Tuluz"a ilə qarşılaşmada 6-2 hesablı qələbə qazanıb. 19-cu dəqiqədə hesabda geri düşən PSJ buraxılan qola 31-ci dəqiqədə Neymarla cavab verib. Neymar 35-ci dəqiqədə isə məhsuldar ötürmə verib və Raboit klubunu önə keçirib. 75-ci dəqiqədə braziliyalı ulduz penalti qaznıb. Kavani düzgün zərbə ilə hesabı 3-1-ə çatdırıb. 78-ci dəqiqədə isə Juilen "Tuluz"un 2-ci qolunu vurub. Ancaq PSJ bu qola əlavə 2 qolla cavab verib. 82-ci dəqiqədə Pastore fərqi ikiyə çatdırıb. 87-ci dəqiqədə isə Neymar möhtəşəm keçidlər edərək topu qapı toruna göndərməyi bacarıb. Qeyd edək ki, PSJ liqada çıxdığı hər 3 oyunda da qələbə qazanaraq maksimum nəticə əldə edib. Hazırda 9 xalı olan klub top fərqinə görə ilk pillədə qərarlaşıb. "Monako" və "Sent-Etiyen" klubları isə 2-ci və 3-cü pillələri bölüşür. ŞahinBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Qarabağ” Azərbaycan Kubokunu qazanıb

“Qarabağ” Azərbaycan Kubokunu qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. Naxçıvan Muxtar Respublikasının stadionunda "Qarabağ” və "Qəbələ” klubları üz-üzə gəlib. Görüş Ağdam ko...

1243 İdman 21:26 05 may 2017

Son xəbərlər