Avropa çempionatının ilk qarşılaşması: Fransadan əzmli qələbə (VİDEO)

Avropa çempionatının ilk qarşılaşması: Fransadan əzmli qələbə (VİDEO)
Video
İdman 1180

 

Fransada futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına start verilib.

BAKU.WS-in məlumatına görə, turnirin açılış oyununda meydan sahibi Fransa Rumıniya millisi ilə qarşılaşıb. Oyuna yaxşı başlayan rumınlar təşəbbüsü sona kimi saxlaya bilməyib. Qarşılaşmada ilk qol ikinci hissəyə təsadüf edib. Olivye Jiru 57-ci dəqiqədə komandasını önə keçirən qolu vurub. 

Rumıniyanın Fransanın bu qoluna cavabı gecikməyib. Stanku 65-ci dəqiqədə penaltidən hesabı bərabərləşdirən qolu vurub. Dimitri Payet 89-cu dəqiqədə hesabı 2:1 Fransanın xeyrinə dəyişib. 

Qarşılaşma elə bu hesabla yekunlaşıb - 2:1.  

BAKU.WS

Oxşar xəbərlər

XV Avropa çempionatının final mərhələsinə start verildi - FOTOLAR

XV Avropa çempionatının final mərhələsinə start verildi - FOTOLAR

Futbol üzrə XV Avropa çempionatının final mərhələsinə start verilib. BAKU.WS xəbər verir ki, "Stad de Frans” stadionunda çempionatın möhtəşəm açılış mərasimi k...

997 İdman 23:45 10 iyun 2016

Son xəbərlər