“Qəbələ” “Fənərbaxça”nın futbolçusunu bəyənmədi

“Qəbələ” “Fənərbaxça”nın futbolçusunu bəyənmədi
İdman 1201

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ” klubu "Fənərbaxça”nın serb futbolçusu Miloş Krasiçi bəyənməyib. 

BAKU.WS xəbər verir ki, bu haqda eurosport saytı xəbər yayıb. Məlumata görə, Azərbaycan təmsilçisi qrup oyunları öncəsi heyətini gücləndirmək istəsə də serb futbolçunun hazırkı durumundan razı qalmayıb. Miloş Krasiç "transfer pəncərəsi”nin son günü "Lexiya” klubu ilə iki illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 30 yaşlı Miloş Krasiç karyerasının ən yaddaqalan illərini Moskva ÇSKA-da keçirib. Futbolçu Rusiya karyerasından sonra "Yuventus”a keçib. Turin təmsilçisində möhkəmlənə bilməyən futbolçu İstanbulun "Fənərbaxça” klubuna transfer olunub. O, son günlər icarə əsasında Fransanın "Bastia” klubunda forma geyinib. 

Azad Əliyev 

BAKU.WS

Oxşar xəbərlər

“Borussia”nın erməni futbolçusu Azərbaycana gəlməyəcək

“Borussia”nın erməni futbolçusu Azərbaycana gəlməyəcək

Avropa Liqasının qrup mərhələsində "Qəbələ” ilə qarşılaşacaq Almaniyanın "Borussia” (Dortmund) klubunun erməni futbolçusu Henrix Mxitaryan Azərbaycandakı qarşıl...

1675 İdman 22:43 28 avqust 2015

Son xəbərlər