"Pafos" "Neftçi"nin yetirməsinin transferini RƏSMƏN AÇIQLADI
15
iyn
2026
16:23
Azərbaycanın 21 yaşa qədər futbolçulardan (U-21) ibarət yığmasının və "Neftçi"nin futbolçusu Murad Məmmədov karyerasını Kiprin "Pafos" klubunda davam etdirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Kipr klubu rəsmi məlumat yayıb.
Məlumata görə, 20 yaşlı oyunçunun yeni klubu ilə müqaviləsi 2030-cu ilin iyununa qədərdir.
"Gənc olmasına baxmayaraq, Murad həm yerli, həm də beynəlxalq səviyyədə xeyli təcrübə qazanıb və Azərbaycan futbolunda perspektivli oyunçulardan biri hesab edilir", - deyə Kipr klubundan bildirilib.
Oxşar xəbərlər
"Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb
İtaliyanın "Roma" klubu yarımmüdafiəçi Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Nikol...