Mikayıl Cabbarova yeni vəzifə verilir
20
sen
2017
09:49
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.BAKU.WS-in məlumatına görə, bu barədə “Report” qurumun I vitse-prezidenti Yaşar Məmmədov məlumat verib.Onun sözlərinə görə, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək. Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.BAKU.WS
Oxşar xəbərlər
Rövnəq Abdullayevə yeni vəzifə
Avqustun 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib. Konqresdə dünya cüdo təşkilatına üzv olan bütün mill...