Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının prezidenti seçilib
18
apr
2017
10:22
Vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının prezidenti seçilib.
Oxu.Az xəbər verir ki, onun namizədliyini 22 konfrans nümayəndəsi dəstəkləyib.
Ukrayna Cüdo Federasiyasının hesabat-seçki konfransı aprelin 17-də Kiyevdə baş tutub.
Xatırladaq ki, Ukraynanın Korrupsiya ilə mübarizə bürosu Ukrayna Dövlət Fiskal Xidmətinin sabiq azərbaycanlı rəhbəri Roman Nəsirovu 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilir. O, böyük məbləğdə girov ödəyərək azadlığa çıxıb
BAKU.WS
Oxşar xəbərlər
Apellyasiya Məhkəməsi Roman Nəsirov barəsində həbs qərarını qüvvədə saxlayıb
Kiyev şəhər Apellyasiya Məhkəməsi vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov barəsində həbs qərarını qüvvədə saxlayıb....