TƏCİLİ: Azərbaycanlı nazir təcili yardım maşınında girov saxlanılır – VİDEO/FOTO
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov özlərini Milli Antikorrupsiya Bürosunun əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən müalicə olunduğu "Feofaniya” xəstəxanasından çıxarılıb.
BAKU.WS-in məlumatına görə, qohumlarına onun hara aparıldığı barədə məlumat verilməyib. Sonradan məlum olub ki, onu başqa bir xüsusi xəstəxanaya köçürmək istəyiblər. Lakin müalicə həkiminin rəyi olmadığına görə, xəstəxana Nəsirovu qəbul etməkdən imtina edib. Belə olan təqdirdə onu məhkəməyə çıxarmağa cəhd ediblər. Lakin Roman Nəsirov huşsuz vəziyyətdə olduğundan hakimlər işə baxmayıblar. Hazırda onun məhkəmə binasının qarşısında huşsuz vəziyyətdə təcili yardım maşınında saxlanıldığı bildirilir. Yaxınları onun girov götürüldüyünü deyirlər. Hazırda tibbi yardım göstərilmədiyi üçün Roman Nəsirovun sağlamlığı təhlükə altındadır.
Qeyd edək ki. Roman Nəsirova qarşı törədilən bu hərəkətlər Ukrayna hüquq-mühafizə orqanlarının humanistliyi fikrinə kölgə salır və bu ölkənin prossessual qanunvericiliyinə qarşıdır. Onu da vurğulayaq ki, Roman Nəsirova qarşı ittiham hələ də qanuni şəkildə irəli sürülməyib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı məmur korrupsiya işi üzrə saxlanıldı, infarkt keçirdi - FOTOLAR
Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. APA-nın xəbəri...