Mikayıl Cabbarov: "Bakı Marafonu həmrəylik yarışıdır"
"Bu il keçirilən marafona daha çox iştirakçı qatılıb".
AzVision.az xəbər verir ki, bunu Bakı Marafonuna qatılan təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, bu dəfə marafon iştirakçılarının sayı ötən ilkinə nisbətən 2 dəfə çoxdur: "Bu da tədbirin əhəmiyyətini göstərir. Bakı Marafonu həm də bir həmrəylik yarışıdır. Əsas məqsəd gənclərimizə sağlam həyat tərzini aşılamaqdır".
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonuna start verilib.
Qeyd edək ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Baş nazirin müavini Yaqub Eyyubov, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov və bir sıra deputatlar iştirak edirlər.
BAKU.WS
Oxşar xəbərlər
Mədət Quliyev Leyla və Arzu Əliyeva ilə birgə “Bakı Marafonu - 2017”də (VİDEO)
Bakı şəhərində marafon yarışına start verilib. BAKU.WS-in məlumatına görə, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, hə...