Mədət Quliyev Leyla və Arzu Əliyeva ilə birgə “Bakı Marafonu - 2017”də (VİDEO)

Mədət Quliyev Leyla və Arzu Əliyeva ilə birgə “Bakı Marafonu - 2017”də  (VİDEO)
Video
İdman 20789

Bakı şəhərində marafon yarışına start verilib.

BAKU.WS-in məlumatına görə, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev də iştirak edir. 

Marafon Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə "SMG” ("Sport Marketing Group”) şirkəti həyata keçirir.

"Bakı Marafonu - 2017”nin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. 

"Bakı Marafonu - 2017” Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər, idmançıların da olması nəzərdə tutulur.

"Bakı Marafonu - 2017”nin missiyası Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır. Tədbirin əsas hədəfləri idman sənayesinin inkişafını sürətləndirmək, gəncliyi sağlam və balanslaşdırılmış həyat tərzinə həvəsləndirməkdir.  

Marafon heç bir dövlət təşkilatı tərəfindən maliyyələşdirilmir, tədbirin xərcləri sponsor və qeydiyyatdan keçən iştirakçıların ödənişləri hesabına ödənilir.

İnanırıq ki, "Bakı Marafonu - 2017” individual fiziki və zehni sağlamlığa töhfə verəcək, insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olduğu cəmiyyətdə ictimai birlik hissini də yaradacaq.  

"Bakı Marafonu - 2017” paytaxt Bakıya təkcə idman festivalı sevincini gətirməyəcək, eyni zamanda yenilikləri ilə də marafon həvəskarlarını sevindirəcək. Ötən marafondan fərqli olaraq, builki yarışda hər 2 kilometrdən bir yardım məntəqələri quraşdırılacaq. Yardım məntəqələrində tibbi yardım nöqtəsi, su, sanitar qovşaq fəaliyyət göstəriləcək.

Qeyd edək ki, ilk marafon yarışı - "Bakı Marafonu - 2016” ötən il mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl” şüarı altında keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi marafona Dövlət Bayrağı Meydanından start verilib.

Yarışın başlandığını bildirən atəşi Olimpiya çempionu, stend atıcılığı üzrə dünya çempionu Zemfira Meftahətdinova açıb. Yarı marafon məsafəsinin - 21 kilometrin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Yarışın finiş xətti və medal təltifetmə mərasimi Bakı Olimpiya Stadionunda olub. Marafonda kişilər arasında finişə birinci Namiq Əsədov (Azərbaycan), ikinci Georqi Dameniya (Gürcüstan)  və üçüncü Tural Sadıxlı (Azərbaycan) çatıb. Qadınlar arasında Rahidə Aslanova (Azərbaycan) birinci, Nataşa Pitersen (Böyük Britaniya) ikinci, Rəqsanə Rəcəbli (Azərbaycan) isə finişi üçüncü keçib.

Təşkilatçılar tərəfindən birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olunub.

"Bakı Marafonu - 2016”da 7000-dən çox iştirakçı qeydiyyatdan keçib. Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəmə etməyiblər.

Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi də qoşulub. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olublar. Marafona, həmçinin Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər ölkələrdən gəlib qoşulanlar da oldu.

Bundan əlavə, marafon günü Bakı Olimpiya Stadionunda hər kəs üçün açıq olan fan-zonalar təşkil olunub. Burada iştirakçılar üçün müxtəlif əyləncə, konsert və şənlik, oyunlar, lotereyalar keçirilib. Uşaqlar və böyüklər üçün 20-dən çox əyləncə növü – futbol, lotereya oyunları, mini sirk, animatorlar və konsert təşkil edilib. Fan-zonanın hər bir ziyarətçisi marafonun finişinə çatanları şəxsən qarşılamaq və qalibləri təbrik etmək imkanı qazanıb. Ziyarətçilərin rahatlığı üçün xüsusi marşrut təşkil edilib. Fan-zona bütün yarış günü ərzində fəaliyyət göstərib.

BAKU.WS

Oxşar xəbərlər

Emin Ağalarov Leyla Əliyevanın  özəl günündə (FOTO)

Emin Ağalarov Leyla Əliyevanın özəl günündə (FOTO)

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Canlı həyat” (Live Life) adlı sərgisinin açılışı olub. BAKU.WS-in məlumatına görə, sərginin...

7510 Şou-biznes 09:28 30 aprel 2017

Son xəbərlər