Leyla Əliyeva İlham Əliyevlə birlikdə Davosda (FOTO)

Leyla Əliyeva İlham Əliyevlə birlikdə Davosda (FOTO)
Siyasət 2331

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yanvarın 18-də Dünya İqtisadi Forumunun keçirildiyi Konqres Mərkəzində olub.

BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva prezident İlham Əliyevlə birgə şəkil çəkdirib. 

Qeyd edək ki, hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir. Forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır. Bu il də dünya ölkələrinin dövlət və hökumət başçıları, müxtəlif iri korporasiyaların rəhbərləri Davosda bir araya gəliblər. Sayca 49-cu Forumda dünya liderləri, iri şirkətlərin rəhbərləri, ekspertlər beynəlxalq birliyin qarşılaşdığı çətinlikləri müzakirə edir, yeni il üçün iqtisadi gündəliyi müəyyənləşdirirlər. Forum yanvarın 21-nə kimi davam edəcək.

Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir, xarici ölkələrin rəsmiləri, hökumət başçıları, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirir. Qeyd edək ki, bir neçə gün öncə Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin "Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi verilib. 

BAKU.WS

Oxşar xəbərlər

Leyla Əliyeva övladları ilə fotosunu paylaşdı

Leyla Əliyeva övladları ilə fotosunu paylaşdı

Heydər Əliyev Fondunun vitse prezidenti, dövlət başçısı İlham Əliyevin qızı Leyla Əliyeva Azərbaycan bayrağı ilə şəkil paylaşıb. BAKU.WS xəbər verir ki, Leyla...

2927 Şou-biznes 10:44 09 noyabr 2016

Son xəbərlər