Leyla Əliyeva beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb

Leyla Əliyeva beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb
Siyasət 1105
 

Aprelin 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin "Qadınlar Sülh Naminə" Proqramının rəhbəri Muna Rihani Əl-Nassir və Qananın "Texnologiya və Mühəndislikdə Yeni Liderlər" Təşkilatının nümayəndəsi Akrasi Dadzie ilə görüşüb.

BAKU.WS xəbər verir ki, görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumunun əhəmiyyəti qeyd edildi. Heydər Əliyev Fondunun dünyada həyata keçirdiyi layihələr barədə məlumat verildi, əməkdaşlığın perspektiv məsələləri müzakirə olundu.

BAKU.WS

Son xəbərlər