Prezident İlham Əliyev Davosda çıxış edəcək
Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak edəcək.
BAKU.WS-in məlumatına görə, dövlət başçısı "Yeni enerji problemləri" adlı forumda məruzə ilə çıxış edəcək. Dövlət başçısı ilə yanaşı, forumda CNN-in redaktoru, ekspert Con Defterios, Səudiyyə Ərəbistanın səhiyyə naziri Xalid əl-Falih, ENI şirkətinin rəhbəri Klaudia Deskalzi, Xiamen Universiteti yanında Enerji Siyasəti üzrə Araşdırmalar İnstitutunun dekanı Lin Boqianq, Rusiya İnvestisiya Fondunun başçısı Kirill Dmitriyev də məruzə ilə çıxış edəcək.
Forumun gündəliyində "Gələcəkdə neftin qiyməti və tələb", "Enerji və iqlim siyasəti dəyişir", "Rəqəmsal və bərpa olunan enerji innovasiyaları" kimi mövzularda məruzələr dinləniləcək.
Qeyd edək ki, Dünya İqtisadi Forumu bu gündən etibarən başlayıb və yanvarın 23-ə qədər davam edəcək. Dünyanın 100-dən artıq ölkəsindən dövlət başçılarının, yüksək çinli dövlət və hökumət, qeyri-hökumət təşkilatları təmsilçilərinin qatılacaqları tədbirdə 2500-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.
Son vaxtlarda dünyanın müxtəlif ölkələrində baş verən terror aktlarını nəzərə alaraq, İsveçrə tərəfi minlərlə hərbçini və polisi beynəlxalq tədbirin təhlükəsizliyinin təmin olunmasına cəlb edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev maaş və pensiyaların artırılması ilə bağlı tapşırıq verdi (VİDEO)
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qa...