Azərbaycan neftinin qiyməti 6,64 dollar ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 6,64 dollar ucuzlaşıb
İqtisadiyyat 16

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 106,81 ABŞ dollarına düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə neft bazarındakı mənbədən məlumat verilib.

Hərracların nəticələrinə əsasən, "Azeri Light"ın qiyməti 6,64 dollar və ya 5,85% azalıb. "Brent" markalı neftin yanvar fyuçerslərinin bir bareli isə 96,16 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azərbaycan neftinin bir bareli 5,75 dollar və ya 5,44% ucuzlaşaraq 99,90 dollara enib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu markalı neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir. Hasilat layihəsində SOCAR-ın payı 35,3% təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər