Qızılın qiyməti yenidən 4 100 dolları keçdi

Qızılın qiyməti yenidən 4 100 dolları keçdi
İqtisadiyyat 6

Dünya bazarında qızılın qiymətində kəskin bahalaşma qeydə alınıb. Qiymətli metalın bir troya unsiyasının dəyəri oktyabrın 22-dən sonra ilk dəfə 4 100 dollar həddini ötüb.

BAKU.WS xəbər verir ki, COMEX əmtəə birjasında 2026-cı ilin dekabr ayı üzrə qızıl fyuçersləri Bakı vaxtı ilə saat 04:30-da 4,16 % bahalaşaraq 4 104,4 dollara yüksəlib.

Lakin sonrakı dəqiqələrdə artım tempi bir qədər azalıb. Saat 05:00 radələrində qızıl fyuçerslərinin qiyməti 4,06 % artımla 4 100,2 dollar təşkil edib.

Beləliklə, qızıl bazarında yüksəliş tendensiyası davam edib və qiymətli metal yenidən 4 100 dollar psixoloji həddini geridə qoyub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər