Rövnəq Abdullayevə yeni vəzifə

Rövnəq Abdullayevə yeni vəzifə
İdman 9683
Avqustun 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib. Konqresdə dünya cüdo təşkilatına üzv olan bütün milli federasiyaların rəhbərləri, tanınmış idman xadimləri iştirak ediblər.BAKU.WS-in məlumatına görə, əvvəlcə Beynəlxalq Cüdo Federasiyasının prezidenti cənab Marius Vizer çıxış edərək son vaxtlar görülən işlərin, keçirilən mühüm tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Sonra dünya cüdo təşkilatının baş katibi Jan Roje son 4 illik hesabatı konqres iştirakçılarının diqqətinə çatdırıb.Marius Vizer növbəti 4 il müddətinə prezident seçkilərinə yeganə namizəd olduğundan səsvermə açıq keçirilib və o yekdilliklə yenidən Beynəlxalq Cüdo Federasiyasının prezidenti seçilib.Daha sonra İcraiyyə Komitəsinin növbəti 4 il müddətinə yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasın İcraiyyə Komitəsinin üzvü seçilib.BAKU.WS

Oxşar xəbərlər

Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının prezidenti seçilib

Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının prezidenti seçilib

Vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının prezidenti seçilib. Oxu.Az xəbər verir ki, onu...

1732 Siyasət 10:22 18 aprel 2017

Son xəbərlər