"Mançester Siti" "Real"la yenə bacarmadı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilib.
BAKU.WS xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
"Mançester Siti" İngiltərədə İspaniyanın "Real" komandasının müqavimətini qırmağa çalışıb. Madriddəki ilk görüşdə meydan sahibləri üç cavabsız qolla qalib gəlib. "Siti" çox çalışsa da, buna nail ola bilməyib.
İngiltərənin digər komandası "Çelsi" turnirin son çempionu PSJ-nin qonağı olub. Parisdəki birinci oyunda London klubu 2:5 hesabı ilə uduzub. Cavab qarşılaşması da londonlular üçün ağır olub.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
"Sportinq" (Portuqaliya) - "Budyo Qlimt" (Norveç) - 5:0
İlk oyun - 0:3
"Arsenal" (İngiltərə) - "Bayer 04" (Almaniya) - 2:0
İlk oyun - 1:1
"Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 0:3
İlk oyun - 2:5
"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 1:2
İlk oyun - 0:3
Oxşar xəbərlər
Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində çimərlik güləşi üzrə milli komandamız tarixi uğura imza atıb. BAKU.WS xəbər verir...