Hacı Əliyev Hindistanda rəqib tanımır – VİDEO/FOTO
17
yan
2019
23:09
Azərbaycanın sərbəst güləşçiləri Hindistanın Pro Güləş Liqasında (Pro Wrestling League) mübarizəyə uğurla başlayıb.BAKU.WS xəbər verir ki, Azərbaycanı liqada təmsil edən üçqat dünya çempionumuz, Olimpiya mükafatçımız, sonuncu Avropa çempionatının qalibi Hacı Əliyev qarşılaşdığı iki görüşdən qalib ayrılıb. Hacı Əliyev BAKU.WS-ə eksklüziv açılamasında birinci rəqibini 9:2, ikinci rəqibini isə 7:0 hesabı ilə məğlub etdiyini bildirib. Hacı Əliyev qarşıda onun komandasını daha 3 görüş gözlədiyini bildirib. Növbəti görüş isə yanvarın 19-da olacaq.Qeyd edək ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev “MP Yodha” komandasında nın heyətində mübarizə aparır. Bu komandada Azərbaycanın qadın güləş millisinin bolqarıstanlı üzvü Elise Manolova (-62 kq) da çıxış edəcək.Bundan başqa, qadın millimizin daha bir üzvü Tatyana Omelçenko (-62 kq) da Hindistanda mübarizə aparacaq. Sonuncu Avropa çempionatının bürünc mükafatçısı olmuş ukraynalı legionerimiz “Haryana Hamers” komandasının heyətində yarışlara qatılacaq.Qeyd edək ki, yanvarın 31-də başa çatacaq turnirdə hər biri 9 pəhləvandan ibarət altı komandanın iştirakı ilə 18 matç keçiriləcək. Qalib komandaya 19 milyon Hindistan rupisi (461 700 manat) və digər finalçıya 11 milyon rupi (267 300 manat) veriləcək.BAKU.WS
Oxşar xəbərlər
Mariya Stadnik gümüş medalla kifayətlənib
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında gümüş medal qazanıb.48 kq çəkidə dərəcəsin...