Azərbaycan cüdoçuları Avropa birinciliyində 2 medal qazanıb

10
noy
2017
22:07
Montoneqronun paytaxtı Podqoritsa şəhərində cüdo üzrə U-23 Avropa birinciliyinə start verilib.BAKU.WS xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının üzvləri 2 medal qazanıblar.Gənc cüdoçularımızdan 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov və 52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova Avropa birinciliyinin bürünc medallarına sahib olublar.Qeyd edək ki, 40 ölkədən 301 idmançının (168 kişi, 133 qadın) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 14 cüdoçu (8 kişi, 6 qadın) ilə təmsil olunur.BAKU.WS

Oxşar xəbərlər
Elnur Məmmədlinin bacısı oğlu: "Dayım koreyalı ilə düşəndə zəng edib dedi ki.." (VİDEO)
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında dünya birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan milli komandasının üzv...