Əşrəf Hakimi təcavüz ittihamı ilə mühakimə olunacaq - 15 ilə qədər HƏBS CƏZASI
Mərakeş milli komandasının və PSJ klubunun futbolçusu Əşrəf Hakimi təcavüz ittihamları əsasında məhkəmə prosesinə cəlb ediləcək. Hazırkı mərhələdə məhkəmə dinləmələrinin keçiriləcəyi dəqiq tarix müəyyənləşdirilməyib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Nanterre prokurorluğu Hakimiyə qarşı 2023-cü ilin mart ayında ittiham irəli sürmüşdü.
İdmançı həmin ilin fevralında hüquq-mühafizə orqanlarına müraciət edən 24 yaşlı xanımı zorlamaqda təqsirləndirilir.
"Le Parisien" qəzetinin 2025-ci ilin avqust ayında yaydığı məlumata əsasən, Hakimi Nanterre prokurorluğunun tələbi ilə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası təhlükəsi ilə üz-üzədir.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2021-ci ilin yay transfer pəncərəsindən bəri PSJ-nin şərəfini qoruyur. O, Paris təmsilçisi ilə birlikdə dörd dəfə Fransa çempionatının qızıl medallarını qazanıb, üç dəfə ölkə Super Kubokuna və Fransa Kubokuna (iki dəfə) sahib çıxıb. O, həmçinin Çempionlar Liqası və UEFA Super Kuboku kimi titulları əldə edib.
Oxşar xəbərlər
Rövşən Nəcəf Canni İnfantinonu FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik edib
AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantinoya FIFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik ünvanlayıb. BAKU.WS xəbər verir ki, bu baədə AFFA-nın...