Bukayo Saka "Arsenal"la müqaviləni 2031-ci ilə qədər uzatdı
London təmsilçisi "Arsenal" cinah hücumçusu Bukayo Saka ilə yeni uzunmüddətli müqavilə imzaladığını rəsmən açıqlayıb.
BAKU.WS xəbər verir ki, klubun yaydığı məlumata əsasən, 24 yaşlı futbolçu ilə sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
İngiltərə mətbuatında daha əvvəl yayılan xəbərlərə görə, yeni müqavilə Sakaya əhəmiyyətli maaş artımı qazandıracaq və onun Avropanın ən yaxşı vingerlərindən biri statusunu rəsmiləşdirəcək. Klub rəhbərliyi gənc futbolçunu komandanın gələcək layihəsinin əsas simalarından biri hesab edir.
Cari mövsümdə Saka bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun sürəti, fərdi ustalığı və həlledici anlarda məsuliyyəti üzərinə götürməsi "topçular"ın hücum xəttində əsas üstünlüklərdən sayılır.
Transfer bazarının göstəricilərinə əsasən, futbolçunun dəyəri hazırda 130 milyon avro qiymətləndirilir. Bu da onu İngiltərə və Avropanın ən bahalı oyunçularından birinə çevirir.
Hazırda "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlinə 58 xalla başçılıq edir. Əsas rəqib "Mançester Siti" beş xal geridə qərarlaşıb, lakin ehtiyatda bir oyunu var.
Oxşar xəbərlər
"Qarabağ" "Nyukasl"a niyə 1:6 hesabı ilə uduzdu? - Komandanı qarşıda nələr gözləyir?
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında idman jurnalisti Orxan Sübhan ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "...