Azərbaycanın qış Olimpiadasındakı yeganə idmançısı hara “itdi”?
18
fev
2018
14:55
Dağ xizəkçisi, Azərbaycanı bu günlərdə Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil edən yeganə idmançı, əslən avstriyalı Patrik Braxner bu gün ilk startına çıxmayıb.BAKU.WS-in “azerisport”a istinadən verdiyi məlumata görə, bu gün Pxençxanda kişilər arasında “grand-slalom” yarışları keçirilib. Təsnifat mərhələsində starta 110 idmançı çıxıb, lakin Braxnerin adı bunların arasında olmayıb.Hələlik dağ xizəkçimizin starta niyə çıxmaması ilə bağlı rəsmi məlumat yoxdur.Bundan sonra Braxnerin Olimpiadada çıxış etmək üçün daha bir şansı qalır. Növbəti yarışın təsnifat mərhələsi fevralın 22-də keçiriləcək.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan gimnastı qızıl medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada 43 ölkədən 900-dən çox gimnastın iştirakı ilə batut və tamblinq üzrə 25-ci dünya yaş qrupu yarışları keçirilib.Gənclər və İdman...