Azad Rəhimov: "Azərbaycan Olimpiya Oyunlarından kənarda qala bilər"
20
okt
2017
13:30
Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər. BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: "Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lizenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində həqiqətən də böyük problemlər yaşayırıq".Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: "Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək".Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. Hazırda Qusarda “Şahdağ” Qış-Yay Turizm, Qəbələdə “Tufan” Dağ-Xizək Qış-Yay İstirahət Mərkəzi fəaliyyət göstərir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan daha bir idman yarışı keçirmək istəyir
Azərbaycan 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün namizədliyini verəcək. BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, bunu Azərbaycan gə...