Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı
Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarətlər yetirib.
BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, Allahşükür və Rəvanə Ağazadə bir müddətdir ayrı yaşayırmışlar.
İddialara görə, ayrı yaşamağa başladıqdan sonra kişi həyat yoldaşını izləyirmiş.
Şahidlərdən birinin sözlərinə görə, hadisə qadın səhər saatlarında övladını bağçaya apararkən baş verib. Şübhəli şəxsin binanın girişində onlara yaxınlaşaraq bıçaqla hücum etdiyi bildirilir.
Məlumata görə, Rəvanə Ağazadə həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Allahşükür Ağazadənin etirazından sonra məhkəmə tərəflərə barışmaq üçün möhlət verib.
Qeyd edək ki, cütlüyün üç övladı var. Ən kiçik uşağın anası ilə yaşadığı bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub
Oktyabrın 13-də, saat 22:00 radələrindən dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. BAKU.WS bu barədə Xüsusi Rabitə və...