Azərbaycan daha bir idman yarışı keçirmək istəyir

Azərbaycan daha bir idman yarışı keçirmək istəyir
İdman 3309
 

Azərbaycan 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunları üçün namizədliyini verəcək.

BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb. Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının yekununa həsr olunmuş mətbuat konfransında çıxış edən nazir ölkəmizin daha böyük yarışa – Olimpiadalara ev sahibliyi haqda da danışıb.

O bildirib ki, əvvəllər də bir neçə dəfə bu yarışın təşkilatçılıq hüququnu əldə etməyə iddia edən Bakı bu istəyini 2028-ci ildə gerçəkləşdirə bilər: "2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədlər arasında Azərbaycan yoxdu. 2028-ci il üçün Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcəyik. Bu sifariş 2020-ci ildə gerçəkləşəcək. Bu, Milli Olimpiya Komitəsinin prezidentinin qərarıdı. Müraciət edərkən bizim infrastrukturumuzun hansı səviyyədə olduğuna da baxmalıyıq. Məsələn, bizdə üzgüçülük hovuzu 6 min tamaşaçı tutumuna malikdi. Olimpiya Oyunları üçün isə bu rəqəmin 18 min olması zəruridi. Həmin vaxta qədər müəyyən dəyişikliklərin olması mümkündü”.

BAKU.WS

Son xəbərlər