Bakı Avropa Oyunları ilə bağlı qalmaqala aydınlıq gətirdi
Ötən gün Rusiya Kütləvi informasiya vasitələrində Rusiya Federasiyasının idman naziri Vitali Mutkoya istinadən Azərbaycan Hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün Rusiya tərəfinə müraciət etdiyi, lakin Rusiyanın bu oyunları keçirməyəcəyinə dair açıqlaması yer alıb.
Bununla bağlı Azərbaycan Gənclər və idman Nazirliyi tərəfindən açıqlama verilib. Qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, Vitali Mutkonun rusiya mediasına etdiyi açıqlamanın jurnalsitlər tərəfindən təhrif olunduğunu düşünlər. Daha dəqiq məlumatın əldə edilməsi məqsədilə Rusiyanın idman nazirliynə sorğu göndəriləcək.
"Qətiyyətlə bildirirk ki, heç bir halda Azərbaycan Hökuməti və ya Gənclər və İdman Nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməmişdir. Azərbaycan İlk Avropa oyunlarına çox yüksək səviyyədə ev sahibliyi etmiş və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alıb. Azərbaycanin növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsinə müraciət etməsi üçün heç bir ehtiyac yoxdur. Eyni zamanda bildirirk ki, bu Avropa Olimpiya Komitəsinin və ora daxil olan Milli Olimpiya Komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir. İkinci Avropa oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olamayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialini və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssisləri bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır”, - deyə Səmayə Məmmədova bildirib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakı Rusiyadan Avropa Oyunlarının keçirilməsini xahiş etdi, Moskva imtina etdi
Bakı Rusiyaya Avropa Oyunlarının keçirilməsi təklifi ilə çıxış edib, ancaq Moskva bu təklifə rədd cavabı verib. BAKU.WS-in məlumatına görə, bunu Rusiya idman n...