Bakı 2015-in medalı 15 min dollara satıldı

Bakı 2015-in medalı 15 min dollara satıldı
Sosial 1558

"Bakı 2015" Avropa Oyunlarının gümüş medalı onlayn internet saytı olan "eBay" vasitəsi ilə satılıb. 

BAKU.WS-in məlumatına görə, medal bir neçə gün öncə hərraca çıxarılmışdı. Medal Polşadan satışa çıxarılıb. "Bakı 2015" Avropa Oyunlarının gümüş medalı nə az, nə çox düz 14,900 min dollara satılıb. "eBay"da medalın kim tərəfindən alındığı ilə bağlı məlumat yoxdur. 

Xatırladaq ki, bu ilin iyunun 12-dən 28-ə kimi Azərbaycanın paytaxtı Bakıda I Avropa Oyunları keçirilib. Bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa oyunlarına Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olmipiya Komitəsi tərəfindən keçirilib.

Oyunlarda 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı yarışıb. Oyunlar müddətində 256 dəst medal 42 ölkə arasında bölüşdürülüb. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

"Qəbələ" həbs olunmuş futbolçu ilə bağlı məlumat yaydı

"Qəbələ" həbs olunmuş futbolçu ilə bağlı məlumat yaydı

"Qəbələ" İdman Klubu futbolçusu Cavid Hüseynovla bağlı anlaşımazlığa açıqlama yayıb. BAKU.WS-in məlumatına görə, açıqlamada deyilir: "Klubumuzun UEFA Avropa...

1553 Hadisə 16:18 12 avqust 2015

Son xəbərlər