Bakının sərnişin avtobuslarında yenilik
Gələn həftədən etibarən şəhərdaxili sərnişinnəqliyyat sahəsində bəzi dəyişikliklər olacaq. Nəqliyyat Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu həftənin axırı və gələn həftənin əvvəlindən başlayaraq istiqaməti dəyişdirilmiş, yaxud tamamilə ləğv edilmiş marşrutlar üzrə yeniliklərin tətbiqi nəzərdə tutulur. Xatırladaq ki, Avropa Oyunları ərəfəsində və yarışlar keçirilən zaman avtomobil yollarında yarana biləcək sıxlığın qarşısının alınması və keyfiyyətli nəqliyyat xidmətinin göstərilməsi məqsədilə paytaxtda bəzi marşrut xətlərinin istiqaməti dəyişdirilmişdi. Bir neçə marşurut xətti isə tamamilə bağlanmışdı Artıq oyunlar başa çatdığı üçün nazirlik nəqliyyat sisteminin optimallaşdırılması prinsipi ilə bu məsələyə yenidən baxır.
Bundan əlavə, Avropa Oyunları ərəfəsində "Baku Bus MMC” tərəfindən paytaxta gətirilən yeni avtobusların şəhərdaxili sərnişindaşıma məqsədi ilə istismara verilməsi planlaşdırılır Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Dərmanların qiymətinin ucuzlaşacağı vaxt açıqlandı
"Ölkə başcısının tapşırığına uyğun olaraq 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib. Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi...