Azad Rəhimov: "Bakı Atıcılıq Mərkəzində də toy təşkil oluna bilər"
"Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür".
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir dünya təcrübəsində də belə halların olduğunu deyərək, təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait olduğunu vurğulayıb: "Burda ad günləri, mərasimlər keçirmək üçün istənilən şərait var. Şəxsən mən İspaniyanın Madrid şəhərindəki stadionda olanda belə tədbirlərin keçirilməsinin şahidi olmuşam".
BAKU.WS
Oxşar xəbərlər
Azad Rəhimov: "Azərbaycanda "Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
"Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula - 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçir...