Azad Rəhimov: "Azərbaycanda "Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"

Azad Rəhimov: Azərbaycanda Formula-1 yarışları 5 il məcburi keçirilməlidir
İdman 2314

 

"Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula - 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik".

BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A. Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər: "Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər