Bakının yolları al qırmızı rəngə boyanacaq (FOTO)

Bakının yolları al qırmızı rəngə boyanacaq (FOTO)
Sosial 1392

Gələn il Bakıda keçiriləcək "Formula - 1” yarışları üçün mərkəzi yollar daha da cazibədar görünəcək.

BAKU.WS-in məlumatına görə, paytaxtın mərkəzi yolları xüsusi layihə üzrə düzəldiləcək. Yolların layihəsi German Tilke tərəfindən hazırlanıb. Yeni salınan yolda döşəmələr qırmızı rəngli olacaq. Asfaltın bəzi hissələri isə müəyyən rənglərlə boyanacaq.

Formula 1 yarışın promouter şirkəti Baku City Circuit şirkətindən BAKU.WS-ə verilən məlumata görə, bu və digər məsələlərlə bağlı hazırlıq işləri barə mətbuata ətraflı məlumatlar veriləcək.

"Hazırlıq işlərinə həsr ediləcək media seminarı 4 noyabr tarixində Marriott otelində təşkil edəcək”, - deyə şirkətdən bildirilib. Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhəriçi trasına ev sahibliyi edəcək.

Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, "Formula-1” yarışları dünyada ən çox televiziya izləyicisi toplayan yarışlardan biridir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda "Formula 1" yarışına görə yol bağlanacaq

Bakıda "Formula 1" yarışına görə yol bağlanacaq

2016-cı ildə Bakıda baş tutacaq "Formula 1" yarışlarının keçirilməsi ilə əlaqədar olaraq, bəzi yolların asfalt örtüyündə dəyişiklik ediləcək. Nəqliyyatı İnte...

870 Sosial 15:29 29 oktyabr 2015

Son xəbərlər