“Bank of Baku” Məhdudiyyətlərə Meydan Oxuyacaq!
Azərbaycanın bank sektorunda bir çox ilklərə imza atmış Bank of Baku bu dəfə fiziki əlilliyi olan şəxslərlə birlikdə cəmiyyətimizi bütün məhdudiyyətlərə qarşı meydan oxumağa çağıracaq.
Belə ki, 26 oktyabr 2015-ci il tarixindən etibarən "Məhdudiyyətlərə Meydan Oxuyaq” adlı yeni sosial layihənin ilk təliminə start verəcək Bank of Baku 40 nəfərə yaxın müxtəlif dərəcəli fiziki əlilliyi olan işsiz şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsinə və yiyələnəcəyi peşəyə uyğun olaraq işlə təmin olunmasına çalışacaq.
01-14 oktyabr tarixlərində aktiv olan qeydiyyat dövründə 70 nəfərə yaxın şəxs ərizə formasını dolduraraq layihədə iştirak üçün müraciət etmiş və onlardan hədəf qrupuna ən çox uyğun gələn 40 nəfərə yaxın ərizəçi seçilərək təlimlərdə iştirak hüququ əldə etmişlər.
Böyük əksəriyyəti paytaxt Bakının sakinləri olan layihə iştirakçılarının müəyyən bir qismi Şəki, Astara, Lerik, Cəlilabad və digər rayonlardandır.
1 ay ərzində davam edəcək layihə çərçivəsində iştirakçılar yerli ekspertlər tərəfindən 4 mövzu ətrafında – Sosial şəbəkələrin idarəedilməsi, Məlumat Mərkəzi İşi, Şəbəkə administratorluğu, Bloqçuluq, Psixologiya və Motivasiya üzrə təlimlərdə iştirak edəcəklər.
Təlimləri uğurla bitirən hər bir iştirakçıya sertifikat təqdim etməklə yanaşı, Bank of Baku onların iş imkanlarının daha da artırılması üçün bankın rəsmi sosial şəbəkələrində və internet ünvanında bütün məzunlara dair ətraflı məlumatın yerləşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, 26 oktyabr saat 11:00-da keçiriləcək rəsmi açılış mərasimi ilə yanaşı bütün təlimlər Hilton Baku hotelində təşkil olunacaqdır. Layihənin icrasında dəstək olan əsas tərəfdaşlar Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzi, Hilton Baku hoteli, Shamans Creative Bureau, Prosper Digital Agency, Jamil Mirzoyev, Alex Levi Photo, Sultan’s Restaurant, BrandUp Digital Agency şirkətləridir.
Layihə və tərəfdaşlara dair daha ətraflı məlumatı bu linkə daxil olmaqla və ya bankın 145 Məlumat Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.
Oxşar xəbərlər
Bank müştərinin hesabına 6 milyard dollar artıq köçürdü
Amerikada bankların birində kiçik bir səhv böyük bir miqdarda pul itkisilə nəticələnə bilərdi. Əgər səhvi vaxtında müəyyən etməsəydilər. BAKU.WS-in məlumatına...