Bank müştərinin hesabına 6 milyard dollar artıq köçürdü
Amerikada bankların birində kiçik bir səhv böyük bir miqdarda pul itkisilə nəticələnə bilərdi. Əgər səhvi vaxtında müəyyən etməsəydilər.
BAKU.WS-in məlumatına görə, ABŞ-də banklardan biri müştərinin hesabına pul köçürərəkən işçinin səhvi ucbatından 6 milyard dollar artıq pul köçürüb. Səhv bank işçisinin barmaqlarının sıfıra yanlışlıqla toxunması olub. Barmaqları kök olan bank işçisi rəqəmə səhvən toxunub.
Nəticədə ehtiyatsızlıq böyük bir məbləğin itməsilə nəticələnib. Lakin bank mütəxəssisləri dərhal səhvi biliblər və pullar müştərinin hesabından geri çəkilib. Bundan sonra bank köçürmə etdiyi bütün Amerika və Avropa ölkələrindəki hesablarına xəbərdarlqı edib ki, əməliyyatları təkrarən yoxlasınlar. Ehtimal olunur ki, həmin işçi eyni səhvi bir neçə dəfə təkrarlasın.
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bank 1 milyard dollar itirdi
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyaları azalıb. BAKU.WS-in AMB-yə istinadla verdiyi məlumata görə, baş bankın valyuta ehtiyyatları 8,5 milyarddan...