Bakı yollarında qırmızı asfalt (FOTO)
Bakının yol təsərrüfatında yenilik edilib. İlk dəfə olaraq yola tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənib. BAKU.WS-in məlumatına görə, yenilik Babək prospektilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsündə tətbiq edilib. Burda təqribən 250 kvadrat metr sahədə rəngli asfalt-betondan istifadə olunub. Rəngli asfalt-betondan istifadə olunaraq asfaltlanmış ərazinin uzunluğu isə 1 kilometrə yaxındır. Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır. Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün kənarlarında olan sütunlar tünd qırmızı rəngdə olduğu üçün körpünün kənarlarına və yol ayrıcına da eyni rəngdə asfaltın döşənməsi qərara alınıb. Bu həm vizual olaraq gözəl görünür, həm də bir növ sınaq məqsədi daşıyır. Çünki atılmış addım özünü doğrultsa gələcəkdə bu cür asfaltın başqa yerlərdə, əsasən səkilərə, piyada zolaqlarına, dairələrə və sair bu kimi yerlərə də döşənməsi işləri aparıla bilər. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Biləcəridə yol belə asfaltlanır (FOTO)
Biləcəri qəsəbəsi Malik Aslanov küçəsi döngə 6-da təmir işləri həyata keçirilir. "Azəryolsevis” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, sözügedən küçənin bu h...