Biləcəridə yol belə asfaltlanır (FOTO)
Biləcəri qəsəbəsi Malik Aslanov küçəsi döngə 6-da təmir işləri həyata keçirilir. "Azəryolsevis” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, sözügedən küçənin bu hissəsində bundan öncə asfalt-beton örtüyünün olmaması burda yaşayan vətəndaşların xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlər yaradırdı. Təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burda yeni-asfalt beton örtüyü döşənməmişdən öncə "Azəryolsevis” ASC tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə asfalt-beton örtüyü küçənin 3300 kvadrat metr sahəsinə döşənir. Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə "Azəryolservis” ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
![]()
Oxşar xəbərlər
Binəqədidə bir neçə küçə təmirə bağlandı (FOTO)
Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonunda bir-neçə küçənin...