Bakıda küçə bağlandı

Bakıda küçə bağlandı
Hadisə 1141

  Bakıda daha bir küçə təmirə bağlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Bakının iki böyük prospektini, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq burda nəqliyyat vasitələrinin hərəkəti bu gündən məhdudlaşdırılıb. Təmir işləri başa çatanadək sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur. Qeyd edək ki, uzunluğu 1070, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilib xəndəklər artıq bərpa olunub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə küçənin 19 500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi planlaşdırılır. Bundan başqa Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də aparılıb. Təqribən küçəyə 2 200 paqon-metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Prezident Bakı küçələrində maşın sürdü (FOTO)

Prezident Bakı küçələrində maşın sürdü (FOTO)

Prezident İlham Əliyev avqustun 14-də Bakının Nəsimi rayonunun ərazisindəki Pişəvəri, Cavadxan, Hüseyn Seyidzadə küçələrində həyata keçirilən abadlıq və yenidən...

4778 Siyasət 15:24 14 avqust 2015

Son xəbərlər